KefElə istifadəçilər üçün necə faydalıdır?

Bütün sevimli ticarət və xidmət məkanlarının loyallıq kartları bir tətbiqdə — sadə, əyləncəli və sərfəli.

Bütün kartların bir yerdə

Bütün ticarət və xidmət məkanlarının loyallıq kartlarını tək tətbiqdə saxla — maddi daşıyıcıda olan loyallıq kartları daşımağa ehtiyac qalmır.

Qəbzi skan et, möhür qazan

Hər alışdan sonra qəbzin QR kodunu skan et, möhürün avtomatik artır.

Mükafatını izlə və təhvil al

Kartın dolanda mükafatını görürsən və mağazada asanlıqla təhvil alırsan.

Kampaniyalardan xəbərdar ol

Bütün sevimli ticarət və xidmət məkanlarının endirim, bonus möhür və xüsusi kampaniyalarından bildirişlə xəbərdar olursan.

Ticarət və xidmət məkanlarına daha yaxın

Ətrafındakı kafe, restoran, kitab evi, kofeşop, gül salonu, kitabxana, geyim və parfümeriya mağazası kimi ticarət və xidmət məkanlarını xəritədə tap, yeni yerlər kəşf et.

QR menyu, sifariş və rezervasiya

Restoranlarda QR menyudan sifariş ver, masa sifariş et — hamısı bir tətbiqdə.