Missiyamız
Bizneslərlə müştərilər arasında daha güclü və davamlı loyallıq əlaqələri yaratmaq, loyallıq proqramlarını və kampaniyalarını hər kəs üçün daha sadə, əlçatan və faydalı etmək.
Haqqında
Rəqəmsal loyallıq ekosisteminin missiyası və vizyonu.
Bizneslərlə müştərilər arasında daha güclü və davamlı loyallıq əlaqələri yaratmaq, loyallıq proqramlarını və kampaniyalarını hər kəs üçün daha sadə, əlçatan və faydalı etmək.
Loyallıq təcrübəsini rəqəmsallaşdıraraq insanların sevdikləri bizneslərdən daha çox dəyər qazandığı, bizneslərin isə müştəriləri ilə uzunmüddətli və etibarlı münasibətlər qurduğu aparıcı platformaya çevrilmək.
KefElə maddi daşıyıcıda olan loyallıq kartlarını rəqəmsal formada təqdim edir. Tətbiq istifadəçiləri kofeşoplar, restoranlar, gül salonları, kitabxanalar, geyim mağazaları, parfümeriya mağazaları və digər kiçik və orta ticarət və ictimai iaşə obyektlərinin xidmətlərindən daha rahat, münasib və əyləncəli şəkildə istifadə edir, onların təklif etdiyi stimullaşdırıcı kampaniyalara qoşulurlar.
Biznes subyektləri isə tətbiqdən istifadə etməklə daha sərfəli və rahat qaydada daha çox müştəri cəlb edir və sifarişlərini idarə edirlər.